Meksikada atışmadan sonra gülləkeçirməz jilet və uşaq bezində meymun cəsədi tapılıb

21-06-2022, 11:24           
Meksikada atışmadan sonra gülləkeçirməz jilet və uşaq bezində meymun cəsədi tapılıb
Meksikada polislə əsas yerli kartellərdən birinin üzvləri arasında baş verən atışmadan sonra gülləkeçirməz jiletdə və uşaq bezində meymun cəsədi tapılıb.

Bu barədə CBS News xəbər verib.

Hadisə 2022-ci il iyunun 14-də Teskaltitlan şəhərində baş verib. Atışma zamanı on cinayətkar öldürülüb, daha biri aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən insan bədənləri arasında meymunun cəsədi aşkar edilib. Üzərində kamuflyaj gödəkçə, gülləkeçirməz jilet və uşaq bezi olan heyvan cinayətkarlardan birinin sinəsinə uzanmış halda tapılıb.

Səlahiyyətlilər ölümün dəqiq səbəbini öyrənmək üçün yarılma aparılacağını deyib. Sağ qalan şübhəlilər əlavə olaraq vəhşi heyvanların qeyri-qanuni ticarətində də ittiham oluna bilərlər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru