Qarajda qarşılaşan boz ayıların davası kameralara düşdü - VİDEO

23-06-2022, 11:14           
Qarajda qarşılaşan boz ayıların davası kameralara düşdü - VİDEO
Kaliforniya ştatında şəxsi evin qarajında ​​qarşılaşan iki boz ayının davası müşahidə kamerası tərəfindən qeydə alınıb.

Evin sahibəsi Liza Kuik qəribə səslərdən oyandığını və bunun ayı nəriltisi olduğunu anladığını deyib. Qadın ayının yenot və ya koyotla döyüşdüyünü zənn edib.

“Hər gün ayılar görürəm, amma onların öz aralarında döyüşməsinə heç vaxt rast gəlməmişəm”, - deyə amerikalı bildirib.

Saut Leyk Taho şəhərinin sakini həmçinin ayıların qonşuluğunda yaşamağı xoşladığını qeyd edib. Onun sözlərinə görə, vəhşi heyvanlar bir qayda olaraq, onları qovmağa çıxanda ərazini tərk edirlər.


Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru