Parakar kəndində “Niva” sürücüsü ilə partladılıb, ölən var...

24-06-2022, 10:19           
Parakar kəndində “Niva” sürücüsü ilə partladılıb, ölən var...
İyunun 23-də Armavir vilayətində faciəli hadisə baş verib.

Saat 11:10-da Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Hallar Xidmətinin “911” Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Armavir rayonu, Parakar kəndinin Getapnya küçəsində avtomobildə yanğınla nəticələnən partlayış baş verməsi, maşında adam olması barədə siqnal daxil olub.

Moderator.az-ın məlumatına görə, Shamshyan.com xəbər verir ki, xilasedicilər tez bir zamanda qeyd olunan ünvana gəliblər. Getapnya küçəsində yerləşən evlərdən birinin qarşısında dayanmış “VAZ-2121” markalı avtomobildə baş vermiş yanğını söndürüblər. Maşın kül yığınına çevrilib.

Bir nəfər ağır vəziyyətdə hadisə yerindən Üçmüəzzin tibb məntəqəsinə aparılıb, həkimlər onu xilas edə bilməyiblər. Polis və istintaq idarəsinin nümayəndələri mərhumun kimliyini öyrənməyə başlayıb.

Ermənistanın İstintaq Komitəsi Parakar kəndində avtomobilin partlaması və 35 yaşlı vətəndaşın ölümü ilə bağlı qəsdən adam öldürmə əlamətləri üzrə cinayət işi açıb.

Həyata keçirilən tədbirlər nəticəsində məlum olub ki, iyunun 23-də 35 yaşlı kişinin həyatına son qoymaq niyyətində olan cinayət törətmiş şəxs əvvəllcədən “VAZ 2121” markalı avtomobilinə partlayıcı qurğu quraşdırıb. 35 yaşlı kişi avtomobildə olarkən cinayətkar avtomobili partladıb. Zərərçəkmiş İrəvandakı xəstəxanalardan birinə çatdırılıb və sonra orada dünyasını dəyişib.

Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. İbtidai istintaq davam edir.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Ermənistanın Armavir rayonunun Parakar kəndində “Niva” markalı minik avtomobilinin yanaraq partlaması barədə məlumat vermişdi. Hadisə yerinə gələn təcili yardım qrupları bir müddət sonra yanğını söndürüb. Yanğının səbəbi barədə əvvəl məlumat verilməmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.