Qadını müdafiə etmək istəyən Vətən müharibəsi qazisi QƏTLƏ YETİRİLDİ

15-08-2022, 11:58           
Qadını müdafiə etmək istəyən Vətən müharibəsi qazisi QƏTLƏ YETİRİLDİ
Bakıda bıçaqlanan gənc oğlanın kimliyi bilinib.

Teref.az APA-ya istinadən xəbər verir ki, Muradov Niyammədin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə vurub.

N.Muradov “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

***

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyamməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru