Norveçdə körpü uçdu: İki avtomobil çaya düşdü - FOTOLAR

16-08-2022, 09:34           
Norveçdə körpü uçdu: İki avtomobil çaya düşdü - FOTOLAR
Norveçin cənubunda körpü uçub. Körpü iki yerdən tamamilə dağılıb. Qəza nəticəsində körpünün üzərində olan minik avtomobili və yük çaya düşüb. Hər iki avtomobilin sürücüsünün sağ olduğu və xəsarət almadığı bildirilir.

Yük maşınının sürücüsünü xilas etmək üçün xilasedici helikopter gətirilib.

“Bu dramatik idi. Hər iki sürücü böyük təşviş keçirdi. Amma xoşbəxtlikdən hər şey yaxşı keçdi”, - deyə yerli polis nümayəndəsi Terje Kroqstad qeyd edib.

Yük maşınının çıxarılması ilə bağlı işlər gedir. Bölgədə güclü yağış proqnozlaşdırılır ki, bu da vəziyyəti daha da gərginləşdirə bilər.

Hadisə ilə bağlı insanlarla sorğu keçirilib, araşdırma başladılıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.