Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

16-08-2022, 10:24           
Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi
Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib.

Leninski Rayon Məhkəməsindən bildirilib ki, o, “Ekstremist fəaliyyətlə mübarizə haqqında” Federal Qanunun 1-ci maddəsinin 1-ci bəndini pozub.

Dicey Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ilə (Nasist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının nümayişi) təqsirli bilinib.

Həmçinin, məhkəmə ondan inzibati xəta predmetini, yəni musiqi avadanlığını müsadirə edib.

Məlumata görə, müttəhim Şçelkino şəhərindəki kafedə “Vəhşi tarla” mahnısını səhnələşdirib və bu zaman Azov alayının simvollarını əks etdirən klip yayımlayıb.

Dicey günahını qismən boynuna alıb. O, mahnı və videonun məzmununu bilmədən ziyarətçinin istəyi ilə səsləndirdiyini bildirib.

Mənbə: lenta.ru




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.