Hindistanlı milyarder Dubayın ən bahalı villasını aldı

20-10-2022, 12:07           
Hindistanlı milyarder Dubayın ən bahalı villasını aldı
Hindistanın ən varlı adamı hesab edilən milyarder Mukeş Ambani Dubaydakı ən bahalı villanı 163 milyon dollara alıb.

Sahibkar “Palm Jumeirah” bölgəsində Küveyt maqnatı Məhəmməd Alşayın ailəsinə məxsus malikanəni əldə edib.

Bundan əvvəl də Ambani Birləşmiş Ərəb Əmirliklərinin məşhur kurort şəhərində daşınmaz əmlak alıb. 2022-ci ilin əvvəlində o, 80 milyon dollarlıq evə sahibi olub

Qeyd edək ki, varlı əcnəbilər Dubayda daşınmaz əmlak almaqda maraqlıdırlar. Belə ki, bu halda onlara 10 il müddətinə viza açılır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru