AZƏRBAYCANDA MƏSCİDDƏ İNTİHAR: dini icma sədri məktub yazıb özünü asdı

20-10-2022, 19:29           
AZƏRBAYCANDA MƏSCİDDƏ İNTİHAR:
Lənkəranda dini icma sədri intihar edib.

Qafqaz.media apa-ya istinadən məlumat verir ki, Lənkəran rayonunun Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev məscidin həyətindəki anbarda özünü asıb.

O, intihar etməzdən əvvəl məktub yazıb. Məktubda "Heç kəsi incitməyin, nə ailəmi, nə də başqa birilərini. Heç kəsin günahı yoxdur, mən özüm edirəm" yazılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

İntiharın baş vermə səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru