BDU-nun professoru faciəvi şəkildə ÖLDÜ

21-10-2022, 09:40           
BDU-nun professoru faciəvi şəkildə ÖLDÜ
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində “Land Rover” markalı avtomobil piyada keçidində saxlayaraq yolu keçən piyadaya yol verən “AZSamand”a çırpılıb. Zərbənin təsirindən “AZSamand” hərəkət edərək yolu keçən piyada Oqtay Qarabəylini vurub. Ağır vəziyyətdə özəl klinikalardan birinə çatdırılan piyada orada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Oqtay Qarabəyli elmlər doktoru, Bakı Dövlət Universitetinin dosentidir.

Nizam Rza












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru