"Balamı döyüb öldürüblər" - "Coca-cola”dan öldüyü deyilən gəncin anası
19-05-2016, 19:33
Azərbaycanda "Coca-cola” içkisindən zəhərlərək öldüyü deyilən Murad Nəsirovun anası danışdı.
teref.az xəbər verir ki, unikal.org-a açıqlama verən 1962-ci il təvəllüdlü TamellaNəsirova bildirib ki, övladı"Coca-cola” içkisindən deyil, onu döyüb öldürüblər: "Mənim balam içkidən ölməyib. Onu döyüblər. O adamları yaxşı tanıyımıram. Məlumatım var ki, arxalı adamlardırlar. 10 gün əvvəl balamı çağırıblar döyməyə. Onlar çox olub, mənim oğlum tək. Həmin adamlardan biri Vüsal adlı şəxsdir və onu tanıyıram. Murad mənə əvvəlcə döyülməsi barədə heç nə demədi. Qolunda xəsarət izləri var idi. Sonradan mən ondan soruşduqda boynuna aldı. Bildirdi ki, ana mənim qardaş və bacılarım var. İstəmirəm ki, onlara xələl gəlsin. Dalaşdığım adamlardan biri arxalı adamdır"".
Ola bilərmi ki, övladınızı hansısa qıza görə döysünlər-sualına Murad Nəsirovun anası belə cavab verib:"Bunu yasdan sonra dəqiq biləcəm. Amma heç zaman buna inanmıram. Qız üstündə də adam döyülər? Qız üstündə adamı təkləyib döyərlər? Mən balamın qanı yerdə qalmaması üçün bütün addımları atacağm".
Qeyd edək ki, bir neçə saat bundan əvvəl Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.
Xatırladaq ki, şəhid Nəsirov Əfqan Rəfi oğlu 8 mart 1962-ci ildə Kəlbəcər rayonun Məmmədsəfi kəndində dünyaya gəlib.1977-ci ildə Kəlbəcər rayon İstisu qəsəbə orta məktəbinin 8-ci sinifini bitirib. Elə həmin ərəfədə Əfqanın atası Rəfi ailəsi ilə birlikdə Xocavənd kəndinə köçüb. Dağlıq Qarabağda Ermənilərlə Azərbaycanlılar arasında münaqişə başlanandan sonra Əfqan Xocavənd kəndində yaradılmış özünümüdafiə dəstəsinə qoşulub. Əfqan 1992-ci ildə könüllü olaraq Ağdam rayonundakı E.Bağırov adına könüllü özünümüdafiə batalyonuna üzv yazılır. Əfqanın son döyüşü 24 noyabr 1992-ci ildə Ağdam rayonun Mərzli kəndi uğrunda gedən döyüşlər də ağır yaralanıb. Noyabr ayının 27-də dünyasın dəyişib.