Polşa azərbaycanlı keçmiş məmurla bağlı QƏRAR VERDİ

20-12-2022, 18:12           
 Polşa azərbaycanlı keçmiş məmurla bağlı QƏRAR VERDİ
Bu il oktyabrın 1-də Polşada saxlanılan Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.

TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə siyasətçi Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Elxan Nuriyev Polşa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Qeyd edək ki, E.Nuriyevin Polşada həbs edilməsi barədə ilk məlumatı “Qafqazinfo” yaymışdı. Həmin vaxt Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.

Onun “Qaranquş” dəstəsinin rəhbəri kimi bir sıra şəxslərin qətlini sifariş verməsi barədə məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru