Doğuş zamanı daha bir ölüm - Həkimlər ittiham edilir - VİDEO

27-05-2016, 00:35           

Şəki Regional Perinatal Mərkəzində daha bir körpə həyatını itirib.
Həftə ərzində isə bu yaşanan ikinci belə haldır. Yenicə ana olan Qəbələ sakini Həşimova Günayın sevinci göz yaşları ilə əvəz olub. Körpəsinin dünyaya gəlməsinə sevinə bilməyib. Onlar uşağın ölümündə həkimləri günahlandırır.

teref.az Region TV-yə istinadın xəbər verir ki, körpənin ölü doğulması və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.
Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə mərkəzə gətirildikdə vəziyyəti ağır olub və yalnız ananı xilas etmək mümkün olub.

Bir həftə öncə Şəhər Regional Perinatal mərkəzində daha bir körpə də həyatını itirib. Şəki sakiniAllahverdiyeva Azadə Ramiz qızının ilk övladı vəfat edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru