Slovakiyada 27 illik axtarışdan sonra oğru həbs edilib

4-01-2023, 11:18           
Slovakiyada 27 illik axtarışdan sonra oğru həbs edilib
1995-ci ildə Slovakiyanın qərbindəki Nitra şəhərində nağd pul daşıyan avtomobili qarət etdiyinə görə axtarışda olan cinayətkar həbs edilib.

Məlumata görə, məhkəmənin hökmü ilə qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilən soyğunçu bir neçə gün əvvəl Çexiyada saxlanılaraq Slovakiyanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

İstintaqın müəyyən etdiyi kimi, o, tərəfdaşı ilə birlikdə 12 milyon Slovak kronunu (1995-ci ilin məzənnəsi ilə təxminən 420 min dollar) oğurlayıb.

Cinayətkarın adı açıqlanmır, onun təxminən 60 yaşı var. O, adını və yaşayış yerini dəyişib. Onun şərikinin taleyi və oğurlanmış pullar barədə məlumat verilmir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru