Fəaliyyətini dayandıran qəzet yenidən dərc olundu və satışa çıxdı 6-01-2023, 10:04 Uzun müddət maliyyə və texniki problemlər üzündən çapını dayandıran "Gündəm xəbər" qəzeti yenidən nəşr olunub.Bu barədə Arqument.az-a qəzetin təsisçisi və baş redaktoru Şirin Cəfərli məlumat verib.O bildirib ki, həftəlik yayımlanacaq qəzetin yeni dizaynda ikinci sayı yanvarın 5-də çapa gedib.Baş redaktor deyib ki, qəzet ölkədə və dünyada baş verən siyasi, sosial, mədəni, iqtisadi mövzulara geniş yer ayıracaq. Şirin Cəfərli qəzeti hələ ki öz şəxsi imkanları hesabına nəşrə verdiyini deyib.Onun sözlərinə görə, "Gündəm xəbər" yanvarın 6-da köşklərdə satışda olacaq. Facebook-da paylaş