Naxçıvanda terminallarda elektrikdən istifadəyə görə ödənişlər bərpa olunub

12-01-2023, 00:11           
Naxçıvanda terminallarda elektrikdən istifadəyə görə ödənişlər bərpa olunub
Naxçıvanda terminallarda elektrik enerjisinin istehlakına görə ödənişlərin edilməsi bərpa olunub.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, Naxçıvanda ödəniş terminallarından digər ödənişləri həyata keçirmək mümkün olsa da, smart kart tipli sayğaclar üçün elektrik və təbii qaz yükləmək mümkün olmurdu.

Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemlərin aradan qaldırılmasına başlayıblar.

Artıq Naxçıvan şəhərindəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil.

Məsələ ilə bağlı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, energetika xidmətinə aid ödənişlər termiallara yenidən inteqrasiya olub, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlər davam edir. Bildirilib ki, məsələ qısa zamanda öz həllini tapacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru