Sərxoş rusun “humanoid ovu” - Öz arvadını baltalayıb
13-01-2023, 10:34
Rusiyalı kişi Yeni il bayramına uyaraq, cinayət törədib. O, mətbəx baltası ilə arvadının başını kəsib. Məlum oub ki, o, bu ölüm hadisəsini qorxudan törədib. Ona elə gəlib ki, arvadı HUMANOİDDİR (başqa planetdən gəlmiş varlıq).
Rusiya KİV-i xəbər verirlər ki, insident İrkutskda baş verib. 54 yaşlı kişi (xeylağı!) həddindən artıq spirtli içki qəbul edib və bu zaman onun gözünə «maraqlı» səhnə görünüb. Sərxoş rusiyalıya elə gəlib ki, onun arvadı təhlükəli humanoiddir.
Rusiyalı özünün bu absurd ideyasına necə inanıbsa, əlüstü «gəlməni» öldürmək qərarına gəlib. O, ət doğramaq üçün mətbəx baltasını götürüb, arvadı baltalayıb. Ər, hesab edib ki, humanoidi öldürür.
Ancaq bundan sonra o, nə etdiyini anlayıb və qızına zəng vuraraq, hər şeyi ona danışıb, ardınca polis çağırıb.
Sərxoş rusiyalının bu vəhşiliyi barədə düşündükcə, sərxoş rus əsgərinin Ukrayna müharibəsində hansı vəhşiliklərə qol qoyduyğunu göz önünə gətirmək çətin olmur.