Ləman Əliəşrəfqızından Mehman Hüsynovun ölümü ilə bvağlı süjet VİDEO

15-05-2015, 10:15           

ANS telekenalının “Xəbərçi” xəbərlər proqramında jurnalist Ləman Ələşrəfqızı bu günlərdə dünyasını dəyişən Qarabağ qazisi Mehman Hüseynovla bağlı süşet hazırlayıb.
Xatırladaq ki, Mehman “Fəryad” filmində mərhum aktyorumuz Ceyhun Mirzyevin oynadığı baş qəhrəmanın prototipi idi. O, mayın 11-də evində ürək çatışmazlığından dünyasını dəyişib.

Mehman Azərbaycan Milli Ordusunun “Şıxov” adlı batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Kərkicahanda Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan döyüşüb, sursatları bitən əsgərlərimizin çoxu həlak olub, Mehman isə ağır yaralanaraq əsir düşüb.

Əsirlikdən azad olunan M.Hüseynov xeyli müddət məmur özbaşınalığından əziyyət çəkib. Səhhəti ilə əlaqədar bir müddət Azərbaycanda olmayan Qarabağ qazisinin mənzili başqaları tərəfindən mənimsənilmişdi. Buna etiraz əlaməti olaraq o, 2006-cı ildə Bakıda Şəhidlər Xiyabanında uzun müddət aclıq aksiyası keçirib. Yalnız bundan sonra pozulmuş hüquqları qismən bərpa olunmuşdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.