Tibb bacıları böyük tətil edəcəklər -SƏBƏB

17-01-2023, 12:48           
Tibb bacıları böyük tətil edəcəklər -SƏBƏB
İngiltərə və Uelsdəki tibb bacıları artan yaşayış dəyəri və inflyasiya fonunda ədalətli maaş artımı tələbi ilə fevral ayında yenidən tətil edəcəklər.
Yenixeber.org: Ölkə üzrə 3 milyondan çox üzvü olan və tibb bacılarını təmsil edən RCN (Royal College of Nursing) həmkarlar ittifaqı tərəfindən edilən açıqlamada bildirilib ki, indiyə qədər ən böyük miqyaslı tətil fevral ayında keçiriləcək.
Həmkarlar ittifaqı yanvarın sonuna qədər İngiltərə və Uelsdə danışıqlarda irəliləyiş olmadığı təqdirdə fevralın 6-7-də tətil keçiriləcəyini açıqlayıb.
Böyük Britaniyada tibb bacılarının da yanvarın 18-i və 19-u tarixlərində hərəkətə keçməsi gözlənilir.
Qeyd edək ki, İngiltərə, Uels və Şimali İrlandiyada on minlərlə tibb bacısı dekabrın 15 və 20-də tətilə çıxıb. RCN həmkarlar ittifaqı əmək haqqının 19 faiz artırılmasını tələb etsə də, hökumət tələbin ödənilə bilməyəcəyini bildirir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru