Odessa sahilində iki minanın partlaması nəticəsində üç nəfər həlak olub
Bu gün, 07:34
Ukraynanın cənubunda, Odessa vilayətinin sahilində baş vermiş iki partlayış nəticəsində bir qadın və iki kişi həlak olub.
"Report" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperə istinadla məlumat yayıb.
Bildirilib ki, faciə Belqorod-Dnestrovsk rayonunun Karolino-Buqaz yaşayış məntəqəsində baş verib. Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, partlayıcı maddələr üzrə mütəxəssislər hadisə yerinə cəlb olunub.
O. Kiper qeyd edib ki, bir nəfər Karolino-Buqazda, digər kişi və qadın isə Zatoka qəsəbəsində həlak olub. Administrasiya rəhbərinin sözlərinə görə, onların hamısı qadağan olunmuş istirahət zonalarında üzərkən partlayıcı maddələrə tuş gəlib.