İsrail ordusuna ƏMR VERİLDİ - HƏMAS-ın son iki qalası da məhv ediləcək

Bu gün, 07:44           
İsrail ordusuna ƏMR VERİLDİ -
"İsrail Təhlükəsizlik Kabineti orduya Fələstin HƏMAS hərəkatının Qəzza zolağında qalan iki qalasını məhv etməyi tapşırıb".

Referans xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, Qəzzada müharibəni bitirməyin ən yaxşı yolu budur.

"HƏMAS-ın iki qalası qalıb. Bunlar Qəzza şəhəri və mərkəzi qaçqın düşərgələridir", - İsrailin baş naziri deyib.

Avqustun 4-də İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin dəstəyi ilə Qəzza zolağının tam işğalı barədə qərar qəbul edib. Hazırda İDF öz ərazisinin təxminən 75%-nə nəzarət edir. Yeni plana əsasən, İsrail silahlı qüvvələri qalan bütün ərazilərə nəzarəti ələ keçirəcək.

İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, yerli hakimiyyət Qəzza zolağında müharibənin məqsədlərinə çatmaq üçün tezliklə yeni tədbirlər görəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru