İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölüb Bu gün, 07:14 İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb.“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.Hadisənin təfərrüatları araşdırılır. Facebook-da paylaş