Peskov yeni səfərbərliklə bağlı yayılan xəbərlərə münasibət bildirib

18-01-2023, 08:05           
Peskov yeni səfərbərliklə bağlı yayılan xəbərlərə münasibət bildirib
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası ilə bağlı elan edəcəyi xəbərlər şayiədir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

“Bunların hamısı şayiədir. Onlara qulaq asmayın”, - deyə Kreml rəsmisi vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin sabah Leninqrad blokadasının yarılmasının 80 illiyi şərəfinə keçiriləcək tədbirlərdə Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası elan edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru