Hansı ÖHŞ Zəngəzur yoluna nəzarəti təmin edəcək?

Bu gün, 08:34           
Hansı ÖHŞ Zəngəzur yoluna nəzarəti təmin edəcək?
Keçək incəliklərə.
Əgər amerikalılar gerçəkdən Zəngəzur yoluna nəzarəti götürəcəklərsə, təbii ki, söhbət ilk növbədə təhlükəsizliyin təminatından gedəcək. Bu təhlükəsizliyi də, ABŞ-ın özəl hərbi şirkətlərindən biri həyata keçirəcək. "Biri" demişkən, konkret hansı özəl hərbi şirkətin olması çox vacib məsələdir. ÖHŞ-lər, ümumiyyətlə silah lobbisi və hərblə bağlı hər bir sahə ABŞ-da fərqli maraq qruplarının nəzarətindədir.
Gələcəkdə bu məsələyə ciddi diqqət yetirməli olacağıq, ona görə ki, hansı ÖHŞ-nin Zəngəzur yoluna nəzarət edəcəyindən asılı olaraq, ABŞ-da Cənubi Qafqaz regionunda təhlükəsizliyinə məsul senatorları, konqresmenləri və digər şəxsləri müəyyən edə biləcəyik(hər OHŞ-nin Konqresdə öz lobbiçiləri var).
Məhz bu şəxsləri həm Azərbaycanda, həm də Ermənistanda tez-tez görəcəyik və məhz bu şəxslər regionda təhlükəsizlik durumu ilə bağlı Konqresə hesabat verəcəklər.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru