Gizli düymənin yerini bilmədilər, qaçırdıqları təyyarə yerə çırpıldı - FOTO

20-01-2023, 12:28           
Gizli düymənin yerini bilmədilər, qaçırdıqları təyyarə yerə çırpıldı - FOTO
Narkotiklə əlaqəli beş cinayətkar “Cessna 206” yüngül motorlu təyyarəsini qaçırsalar da, kabinədəki gizli düymə səbəbindən qəzaya uğrayıblar. Hadisə Argentinanın Çako əyalətində baş verib. Təyyarənin yanan dağıntıları uçuş-enmə zolağından yeddi kilometr aralıda aşkar edilib.

Bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər veriblər.

Məlumata görə, cinayətkarlar havaya qalxdıqdan sonra yanacaq ehtiyatını açmadıqları üçün təyyarə qəzaya uğrayıb.

“Əgər o, şəhərə düşsəydi, daha böyük faciə olardı... Təyyarənin gizli bloklama sistemi var. Cinayətkarlar havaya qalxanda xüsusi kranı açmağı unudublar və onların benzini qurtarıb. Bu yanacaq borusunun harada olduğunu hamı bilmir”, - deyə prokuror Serxio Rios bildirib.

Məlumata görə, narkotacirlərin beşi də həlak olub.



Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru