Çində üzən kvadrokopter hazırlanıb

13-02-2023, 12:14           
Çində üzən kvadrokopter hazırlanıb
Çin alimləri nəinki havada uça, hətta suyun altına dala bilən yeni kvadrokopter hazırlayıblar.

Məlumata görə, “TJ-FlyingFish” pilotsuz uçan aparatı Tuntszı Universitetinin Şanxay İntellektual Avtonom Sistemlər Tədqiqat İnstitutunun və Honq Konq Çin Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Təxminən 1,63 kq ağırlığındakı dronun dizaynı ona altı dəqiqə havada qalmağa və ya 40 dəqiqə su altında işləməyə imkan verir.

Mütəxəssislərin fikrincə, yeni pilotsuz uçan aparatın tətbiq dairəsi çox genişdir. Xüsusən də ondan resursların kəşfiyyatı, axtarış-xilasetmə missiyaları və mühəndislik tədqiqatlarında istifadə oluna bilər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru