Rusiyalı hakerlər NATO-nun saytlarına hücum ediblər

13-02-2023, 10:04           
Rusiyalı hakerlər NATO-nun saytlarına hücum ediblər
NATO-nun internet saytları, o cümlədən alyansın Xüsusi Əməliyyatlar Qərargahı haker hücumuna məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “DPA” agentliyi təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, kibertəhlükəsizlik üzrə ekspertlər NATO-nun bir neçə internet saytına təsir edən insidenti fəal şəkildə araşdırırlar.

Alyans başqa heç bir məlumat verməyib, yalnız qeyd edib ki, qurum daim haker təhdidləri ilə üzləşir və kiberməkanda təhlükəsizliyin təmin edilməsi məsələsinə çox ciddi yanaşır.

“DPA” əlavə edib ki, sosial şəbəkələrdə, xüsusən də tviterdə hücumun arxasında rusiyayönümlü “Killnet” qrupunun fəalları dayanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru