Qazaxıstanda məktəbdə maskalı şəxs balta və bıçaqla şagirdlərə hücum edib

13-02-2023, 11:48           
Qazaxıstanda məktəbdə maskalı şəxs balta və bıçaqla şagirdlərə hücum edib
Qazaxıstanın şimalında yerləşən Petropavlovsk şəhərində balta və bıçaqla silahlanan 9-cu sinif şagirdi məktəbdə uşaqlara hücum edib.

Məlumatı Petropavlovsk şəhərinin təhsil idarəsi də təsdiq edib.

Qeyd olunur ki, hücumu həyata keçirərkən məktəbli qara maskada olub.

O, məktəbin dəhlizində doqquzuncu və onuncu sinifdə oxuyan üç uşağa xəsarətlər yetirib.

Bıçaq zərbələri alan şagirdlərdən ikisi baş və qol nahiyəsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digər bir nəfərə yerində yardım edilib və o, evə yola salınıb.

Hadisəni törədən məktəbli isə hadisə yerindən qaçıb.

Yayılan qeyri-rəsmi məlumata görə, hücum edən şəxs psixiatr qeydiyyatındadır və bir neçə ay əvvəl regional psixiatriya xəstəxanasında müalicə olunub.

Mənbə: Sputnik Qazaxıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru