Ürəyi ardıcıl beş dəfə dayanan qadın sağ qaldı

14-02-2023, 11:43           
Ürəyi ardıcıl beş dəfə dayanan qadın sağ qaldı
Moskva vilayətinin Şçelkovo şəhərində həkimlər ürəyi 5 dəfə dayanan qadını xilas ediblər.

Regionun Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, 56 yaşlı rusiyalı qadın kliniki ölüm vəziyyətində xəstəxanaya yerləşdirilib.

Ürək-ağciyər reanimasiyası nəticəsində həkimlər qadının dayanmış ürəyini işə sala biliblər. Bir saat sonra o, ikinci dəfə ürək tutması keçirib. 30 saatdan sonra qadının ürəyi yenidən dayanıb - həkimlər onu yenidən uğurla reanimasiya ediblər. Bir gün sonra daha iki belə hadisə baş verib.

Qəbul anından qadın reanimasiya şöbəsində olub. Altıncı gün onun vəziyyəti stabilləşib. Xəstə müayinə olunub və ürək çatışmazlığı aşkar edilib. O, yeni ürək dayanmalarının qarşısını almaq üçün portativ defibrilator ilə təchiz edilib.

Qeyd edək ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbi olaraq qalır.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru