İmişlidə həbslər

15-05-2015, 21:32           
İmişlidə həbslər
İmişli rayonunda fəaliyyət göstərən “Araz MMC” zavodunun bir neçə yüksək səlahiyyətlisi həbs olunub.
Avropa.info-nun əldə etdiyi məlumata görə hadisə bir neçə gün bundan öncə baş verib.

Vergilər Nazirliyinin əməkdaşları zavodu yoxlayıblar. Bundan sonra zavodun fəaliyyəti dayandırılıb və bir neçə səlahiyyətli işçi saxlanılıb.

Bundan əlavə, zavodun sahibi Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi , iş adamı Saleh Səmədov da polisə çağırılıb.

Əldə etdiyimiz məlumata görə zavodun fəaliyyəti bir neçə gün dayandırılıb və Vergilər nazirliyinin əməkdaşları tərəfindən qapıları möhürlənib.

Dünən isə “Araz MMC”-nin saxlanılmış əməkdaşları azadlığa buraxılıb və zavodun fəaliyyəti yenidən bərpa olunub.

Qeyd edək ki, “Araz MMC” spirtli içkilərin və sərinləşdirici sular istehsal edir. Zavodun sahibi S. Səmədov İmişli RPİ-nin rəis müavini Sahib Səmədovun qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru