Hacı İbrahim Londonda atəşfəşanlığa 50 min funt-sterlinq xərcləyib

15-05-2015, 21:41           
Hacı İbrahim Londonda atəşfəşanlığa 50 min funt-sterlinq xərcləyib
Azərbaycanlı oliqarx Hacı İbrahim Nehrəmli bir neçə ay bundan əvvəl Londonda möhtəşəm atəşfəşanlıq təşkil edib. Atəşfəşanlıq o qədər dəbdəbəli olub ki, hətta Britaniya paytaxtının sakinlərini də heyrətləndirib.

Bu məlumatı virtualaz.org saytına oliqarxın yaxın çevrəsinə daxil olan şəxslərdən biri verib.

Mənbənin verdiyi xəbərə görə, Hacı İbrahim bu atəşfəşanlığı oğlunun ad günü münasibətilə təşkil edib və bu, iş adamına ən azı 50 min funt-sterlinqə (təxminən 85 min dollar) başa gəlib.

Britaniya paytaxtının sakinləri azərbaycanlı oliqarxın pafos dolu bu özündənrazı addımının məğzini başa düşməkdə böyük ehtimalla çətinlik çəkiblər. Axı Londonda hətta britaniyalıların çox sevdiyi kraliçanın da doğum günündə belə atəşfəşanlıq təşkil edilmir. O ki qala hansısa bir tələbənin,- lap elə oliqarx oğlu olsa da,- ad günü ola...

Qeyd edək ki, Hacı İbrahim Nehrəmli indi çətin günlərini yaşayır. Oliqarxın dəbdəbəli həyat tərzinin sponsorlarına çevrilən banklar ondan götürdüyü çoxmilyonluq kreditləri qaytarmasını tələb edirlər. Hacı İbrahim bir neçə gün əvvəl DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamının öz etirafına görə, ondan bütün borclarını mayın 19-dək qaytarmaq tələb olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.