“ABŞ-də təyyarənin pilotu uçuş zamanı huşunu itirib” - CNN

24-03-2023, 10:23           
“ABŞ-də təyyarənin pilotu uçuş zamanı huşunu itirib” - CNN
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərindən Ohayo ştatının Kolumbus şəhərinə uçan “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarənin pilotu uçuş zamanı huşunu itirib.

“Report” xəbər verir ki, bu barədə CNN şirkətə istinadən məlumat yayıb.

Məlumata görə, ekipajın köməyinə təyyarədə sərnişin kimi olan başqa aviaşirkətin pilotu gəlib. Təyyarədə olan tibb bacısı pilota tibbi yardım göstərib.

Tezliklə təyyarə Las-Veqasa qayıdıb. Huşunu itirmiş pilot xəstəxanaya aparılıb, ehtiyat komanda göyərtəyə qalxıb və təyyarə Kolumbusa yola düşüb.

ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru