ABŞ-da güclü partlayış - Ölən və yaralılar var

25-03-2023, 11:24           
ABŞ-da güclü partlayış -
ABŞ-ın Uest-Redinq şəhərindəki şokolad fabrikində baş vermiş parlayış nəticəsində azı iki nəfər həlak olub, doqquz nəfərin taleyi məlum deyil.

Modern.az xəbər verir ki, bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.

Partlayışın səbəbi hələ müəyyən edilməyib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan 8 nəfər Uest-Redinq xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl 6 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilmişdi.

***

ABŞ-ın Pensilvaniya ştatında yerləşən şokalad zavodunda baş vermiş partlayışda 2 nəfər ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 9 nəfərin itkin düşdüyü bildirilir.

***

ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərində fəaliyyət göstərən şokolad fabrikində güclü partlayış olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi barədə ətraflı məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.