Gürcüstanda qasırğa: Ölən var - VİDEO

29-03-2023, 09:34           
Gürcüstanda qasırğa:
Gürcüstanın qərbindəki Acarıstan Muxtar Respublikasının Kobuleti kurort şəhərində qasırğalı küləklər nəticəsində azı bir nəfər ölüb.

Məlumata görə, külək ağacı içərisində sürücü olan maşının üzərinə aşırıb. Hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım kişinin öldüyünü aşkarlayıb.

Güclü külək Acarıstanın daha bir kurort şəhərində - Batumidə problemlər yaradıb. Sürəti 30 m/s-ə çatan külək evlərin dam örtüyünü qoparıb, ağacları qırıb. Batumidə küləyin evkalipt ağaclarını yıxması səbəbindən Fridon Xalvaşi prospekti ilə nəqliyyatın hərəkəti dayandırılıb.
Külək 2024-cü il Avropa çempionatının seçmə turnirində Gürcüstan və Norveçin futbol komandalarının çıxış etdiyi Batumi stadionunun dayanacağındakı hasarları da uçurub. Bir neçə avtomobilə ziyan dəyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru