Göyçayda vətəndaşa məxsus mənzildən küllü miqdarda pul və qızıl-zinət oğurlanıb

16-05-2015, 20:55           
Göyçayda vətəndaşa məxsus mənzildən küllü miqdarda pul və qızıl-zinət oğurlanıb
Göyçay rayonunda vətəndaşa məxsus mənzildən küllü miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan 3 nəfər həbs olunub.
"Report" xəbər verir ki, Göyçay rayon sakini İlqar Muxtar oğlu Ömərov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən kulli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri saxlanılıb. Məlum olub ki, Namiq İlqar oğlu Ömərovun təklifi və başçılığı ilə tanışları Seymur Qəzənfər oğlu Quliyev və Teymur Məzahir oğlu Həsənov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Namiq Ömərovun atası İlqar Muxtar oğlu Ömərova məxsus Göyçay rayonunun Potu kəndində yerləşən yaşayış evinə qanunsuz daxil olublar. Onlar yataq otağında olan seyfi çıxarıblar, sonra onu Seymur Quliyevin həyətinə aparıblar. Daha sonra seyfin qapısını kəsib açaraq içində olan 139 000 ABŞ dollarını, 21 000 manatı, külli miqdarda qızıl-zinət əşyalarını və 21 ədəd özəlləşdirmə çekini oğurlayıblar.
Sonradan Yuxarı Şirvan kanalının üzərinə gediblər və orada seyfin içərisndə yenidən axtarış aparmaq istəyən zaman qəflətən kənardan bir naməlum avtomobilin həmin istiqamətə gəldiyini görüb seyfi kanala atıblar. Saxlaanılan şəxslərin dediyinə görə, içərisində xeyli sənədlər, müxtəlif vətəndaşlara məxsus pensiya kartları, məbləği hələlik məlum olmayan pullar seyflə birlikdə kanala atılıb.
Keçirilmiş əməliyyat tədbirləri zamanı oğurlanmış pullardan 91 250 dollar, qızıl-zinət əşyalarının hamısı və 21 ədəd özəlləşdirmə çekləri maddi sübut qismində götürülüb.
Hazırda digər maddi sübutların aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəllləsinin 177.2.1 və 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.