Rusiyada dəmiryol vağzalının damına dron düşdü

19-04-2023, 11:44           
Rusiyada dəmiryol vağzalının damına dron düşdü
Rusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalının damına “Mavic Air 2” kameralı dron düşüb. Kvadrokopteri buraxan şəxsin Volqoqrad Tibb Universitetində təhsil alan Səid adlı Yəmən vətəndaşı olduğu üzə çıxıb. O, artıq saxlanılıb.

Stansiya əməkdaşları şübhəli əşya barədə polisə məlumat veriblər. Qəzaya uğrayan drona baxış keçirilib. Dindirilmə zamanı dronun sahibi bildirib ki, heç kimə casusluq etməyib, sadəcə şəhərin görməli yerlərini kopterdən lentə almaq istəyib.

Əcnəbi tələbənin sözlərinə görə, dron qəfildən sıradan çıxıb və stansiyanın damına düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yəmən vətəndaşı ilə danışıqları davam etdirirlər.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru