Rusiya MN-nin avtomobili vuruldu - Ölənlər var

27-05-2023, 19:46           
Rusiya MN-nin avtomobili vuruldu -
Bryansk vilayətində kamikadze PUA Rusiya Müdafiə Nazirliyinin “Niva” markalı avtomobilinə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “112” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində iki hərbçi həlak olub.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov vilayətin Mayski kəndinə Ukrayna PUA-nın hücum etdiyini bildirib. Onun sözlərinə görə, PUA Federal Miqrasiya Xidmətinin binasına partlayıcı qurğu atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.