ŞOK OLAY: arvad ərini qayınatası ilə aldatdı, əkizlərə hamilə qaldı

31-05-2023, 11:28           
ŞOK OLAY: arvad ərini qayınatası ilə aldatdı, əkizlərə hamilə qaldı
Böyük Britaniya sakini arvadının atası ilə münasibətdə olduğunu biləndən sonra ondan ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, Cənubi Uelsin Treherbert şəhərindən olan 22 yaşlı Deklan Fuller 2022-ci ilin payızında arvadı Stefanidən xəyanətdə şübhələnməyə başlayıb. Sonra onun 44 yaşlı boşanmış atası Darren onun evinə köçüb. Fuller həyat yoldaşı və iki yaşlı qızı Villov ilə yaşayırdı. İki ay sonra Deklan işdə olarkən uşağa nəzarət etmək üçün evdə quraşdırılmış kameranın monitoruna proqram vasitəsilə qoşulmaq qərarına gəldi. O, Stefaninin günortadan sonra qayınatasının otağına girdiyini görüb.

Deklan gördüklərini həyat yoldaşına danışsa da, o, sadəcə televizorda Darrenlə "Simpsonlar" filminə baxdığını söyləyib. Aldadılan ər bu əhvalata inanmayıb, həyat yoldaşı və atası ilə münasibətlərini kəsib.

Bir müddət sonra Stefani yenidən Darren Fullerlə bir araya gəlib və onlar birlikdə yaşamağa başlayıblar. Bununla belə, o, hələ də qaynatası ilə əlaqəni inkar edib. Amma deyib ki, qayınatası ilə münasibəti Deklan onu tərk etdikdən bir həftə sonra başlayıb. Bunla da qadın ərini ikinci dəfə aldadıb.

2023-cü ilin may ayında Stefani Fuller sosial mediada əkizlərə hamilə olduğunu açıqlayıb.

Stefani və Darren Fullerin övladları Deklanın ögey qardaşları olacaqlar. Eyni zamanda Stefani və Deklan qızları həm qardaş-bacı, həm də xala-əmi olacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.