Bakıda toyda kütləvi dava - Oğlan evi ilə qız evi əlbəyaxa oldu...

18-05-2015, 00:54           
Bakıda toyda kütləvi dava - Oğlan evi ilə qız evi əlbəyaxa oldu...
Bakıda “Şam bağı” restoranında keçirilən toy məclisində kütləvi dava olub.

Toy mərasimində mübahisə yaranıb.

Mübahisə zəminində bəy evindən qonaq olan Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir) yumruq zərbəsi endirib. Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var. /Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru