Adrenalin həvəsi rusiyalı biznesmenin sonu oldu - VİDEO

14-06-2023, 10:24           
Adrenalin həvəsi rusiyalı biznesmenin sonu oldu - VİDEO
Rusiyalı biznesmen Sergey Sıqanovun paraşüt həvəsi faciə ilə bitib.

Belə ki, 51 yaşlı iş adamı Mi-8 helikopterindən tullanıb, bundan sonra 60 m hündürlükdə uğursuz manevr edib. Nəticədə paraşüt böyük sürətlə aşağı enib və Sıqanov yerə çırpılıb.

Faciə Moskva vilayətində Kolomna şəhərində baş verib.

Meydanda olanlar dərhal tibb işçilərini çağırıblar. Həkimlər zərərçəkənə ağır xəsarət diaqnozu qoyublar. O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edilir ki, Sıqanov Ryazan şəhərində “Invitro” tibb klinikaları şəbəkəsinin rəhbəri idi. Buna qədər isə “Europe + Ryazan” və “Ruskoye Radio - Ryazan” radiostansiyalarının sahibi olub.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru