Tabuta qoyulan meyit nəfəs almağa başladı - ŞOK VİDEO

14-06-2023, 14:46           
Tabuta qoyulan meyit nəfəs almağa başladı - ŞOK VİDEO
Ekvadorda öldüyü zənn edilərək tabuta qoyulan qadın dirilib.

Teref.Az lent.az-a istinadən bildirir ki, ölkənin Los Rios əyalətində öldüyü düşünülən 76 yaşlı Bella Montoya tabutda nəfəs aldığı halda aşkarlanıb. Bu hal Montoyanın geyimini dəyişmək üçün tabut açılarkən üzə çıxıb.

Onun oğlunun sözlərinə görə, səhər həkimlər anasına qəlb masajı etsələr də, qadının infarkt keçirərək öldüyünü deyiblər. Tabutda nəfəs aldığı və sonradan gözünü açdığı üçün yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Mənbə: news.milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru