“Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırıldı - BUNU ONLAR İSTƏDİ...

15-06-2023, 16:23           
“Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırıldı -
Hazırda "Laçın" sərhəd buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.

TEREF.AZ Trend-ə istinadla xəbər verir ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçidin açılmayacağı bildirilir.

Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru