Ukraynalılar boğulan rus əsgərlərini xilas ediblər – Rusiya tərəfi isə qayıqlara atəş açıb
16-06-2023, 13:56
Ukraynalılar boğulan rus əsgərlərini xilas ediblər – Rusiya tərəfi isə qayıqlara atəş açıb Uklrayna ordusu Kaxovsk SES partladılandan sonra mövqeləri su altında qalan rusiyalı hərbçiləri boğularaq ölməkdən xilas edib. “AzPolitika.info” xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə Ukrayna hərbçilərinin rusiyalı əsgərləri necə xilas etdiyinin görüntüləri yayımlanıb.
Ukrayna ordusunun yaydığı görüntülərdən aydın olur ki, Rusiyanın taleyin ümidinə buraxdığı əsgərləri ukraynalı hərbçilər öz qayıqları ilə xilas edərək, Dneprin sağ sahilinə keçiriblər. Rusiyalı hərbçilərdən 5 nəfəri xilas etmək mümkün olub. Həmin istiqamətdə azı onlarla rus əsgərinin suda boğularaq öldüyü bildirilir. Qeyd edilir ki, xilasetmə əməliyyatı zamanı Rusiya tərəfi qayıqlara atəş açıb.
Xəbərdə o da bildirilir ki, xilas edilən rusiyalılar əsir götürülərək, gələckdə ukraynalı əsir hərbçilərlə dəyişdiriləcəklər.