Azərbaycanda şok olay! - Kişi keçmiş arvadı və qaynına xəsarət yetirib, avtomobili əzib - VİDEO

16-06-2023, 11:24           
Azərbaycanda şok olay! - Kişi keçmiş arvadı və qaynına xəsarət yetirib, avtomobili əzib - VİDEO
Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hücum edib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhərində baş verib. Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu bildirib ki, gecə saat 00.30 radələrində keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib.

Evin qarşısında dayanan, onlara məxsus "Mercedes" markalı avtomobili dəmir linglə yarasız hala salıb. İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib. Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

Günel Mehdiyeva 13 il evlilikdən sonra 3 il əvvəl həyat yoldaşından ayrılıb. Həyat yoldaşından şiddət görən G.Mehdiyeva 2 il "Ümid" sığınacağında 2 övladı ilə yaşayıb. Daha sonra Sabirabad rayonuna köçüb. Hazırda faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru