Qaydanı pozan "Galendewagen” kimindir? - VİDEO

22-06-2016, 22:30           
Qaydanı pozan "Galendewagen” kimindir? - VİDEO
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Mercedes Galendewagen” markalı avtomobil kameralara tuş gəlib.

Dia.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdən də məlum olur ki, avtomobilin sürücüsü başqaları ilə eyni sırada dayanmağı özünə sığışdırmadığı üçün dayanmayaraq əks yola çıxıb və soldan gələn avtomobillərin hərəkətinə mane olur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bu cür qayda pozuntusuna görə 100 manat və 4 bal cərimə nəzərdə tutulur. (Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir).

[media=https://www.youtube.com/watch?v=LY1e1EQDATI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru