MSŞA bəyanat yaydı - ofisdə axtarışla bağlı

18-05-2015, 12:25           
MSŞA bəyanat yaydı - ofisdə axtarışla bağlı
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası bəyanat yayıb. Bəyanatda 13 may 2015-ci il tarixində Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ofisində aparılan axtarışa münasibət bildirilib.
Bəyanatda qeyd olunur: “Axtarış nəticəsində İTM-ə, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına (MSŞA Koalisiyası) və Milli Büdcə Qrupuna məxsus olan bütün kompyuter avadanlıqları (9 prosessor ve 1 noutbuk) və maliyyə-mühasibat sənədləri (106 mühasibat qovluğu, umumilikdə 200-ə yaxın qovluq) götürülüb. Bundan əvvəl də İTM-in bank hesabına məhkəmə qərarı ilə həbs qoyulub.

İTM MSŞA Koalisiyasının fəal üzvlərindən biridir. Koalisiya hesab edir ki, İTM-in bank hesabına həbs qoyulması, təşkilata məxsus kompuyter avadanlığının götürülməsi təşkilatın fəaliyyətini məhdudlaşdırır. Eyni zamanda axtarış zamanı, həmçinin MSŞA Koalisiyasına məxsus bəzi avadanlıq və sənədlərin götürülməsi də Koalsiyanın fəaliyyətində müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bu isə öz növbəsində MHŞTS İdarə Heyəti tərəfindən ölkəmizlə bağlı gələcəkdə qəbul ediləcək qərarlara öz mənfi təsirini göstərə bilər.
MSŞA Koalisiyası müvafiq qurumlardan İTM-in normal fəaliyyətnin bərpa olunması üçün, bu addımların doğuracağı mümkün neqativ nəticələri nəzərə alaraq, təşkilatın hesabı üzərindən tezliklə həbsi götürürməklə, götürülən avadanlıq və sənədlərin ən qısa zamanda qaytarılmasına çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru