Dağıstanda dolu və yağış nəticəsində 90 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb

20-06-2023, 13:54           
Dağıstanda dolu və yağış nəticəsində 90 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb
Rusiyanın Dağıstan Respublikasında yerləşən 90 yaşayış məntəqəsinin 38 minə yaxın sakini ötən gün yağan dolu və güclü yağış səbəbindən elektrik enerjisiz qalıb.

Bu barədə Dağıstanın rəhbəri Sergey Melikovun Mətbuat Xidməti məlumat verib.

Məlumatda qeyd olunur ki, artıq təbii fəlakətdən zərər çəkmiş ərazilərə lazımi avadanlıqlar çatdırılıb.

“Fırtınanın pik vaxtında 90 yaşayış məntəqəsində 38 minə yaxın insan işıqsız qalıb. Hazırda elektrik enerjisinin hələ də bərpa olunmadığı yaşayış məntəqələrinin sayı səkkizdir”, - məlumatda qeyd olunur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru