Buryatiyada 3 həftə meşədə azaraq itmiş qız sağ tapıldı

21-06-2023, 10:47           
Buryatiyada 3 həftə meşədə azaraq itmiş qız sağ tapıldı
Rusiyanın Buryatiya Respublikasının Tunkinski rayonunda iyunun 1-də yabanı bitkilər toplamağa getmiş və meşədə azmış qız axtarış-xilasetmə xidməti tərəfindən tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Respublika Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qızın vəziyyəti qənaətbəxşdir və o, təcili tibbi yardım briqadasına təhvil verilib.
Qeyd edək ki, Buryatiya Axtarış-Xilasetmə Xidmətinin xilasediciləri iyulun 1-dən bu yana meşədə itmiş 1994-cü il təvəllüdlü qızı axtarırdılar.

Mənbə: “Ulanmedia”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru