Rusiya qırıcısı ABŞ PUA-sını raketlə vurdu - VİDEO

26-07-2023, 14:04           
Rusiya qırıcısı ABŞ PUA-sını raketlə vurdu - VİDEO
Rusiya qırıcısı ABŞ-yə məxsus pilotsuz uçuş aparatına yaxın məsafədə uçaraq ona siqnal raketləri ilə atəş açıb.

ABŞ Hərbi Hava Qüvvələri nümayəndəsinin sözlərinə görə, insident bazar günü, iyulun 23-də baş verib.

O, bildirib ki, rusiyalılar “MQ-9 Reaper” dronunu vurmağa çalışıblar.

“Rusiya raketlərindən biri “MQ-9” PUA-sına tuş gələrək onun pərinə ciddi ziyan vurub. Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribatçı və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, - ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general-leytenant Aleks Qrinkeviç deyib.
Onun sözlərinə görə, dronu uzaqdan idarə edən ekipaj üzvlərindən biri onu havada saxlayaraq bazaya qaytara bilib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru