Əri Merkeli çətirsiz qoydu, yağışda islandı

26-07-2023, 18:27           
Əri Merkeli çətirsiz qoydu, yağışda islandı
Almaniyanın keçmiş kansleri Angela Merkel məşhur alman bəstəkarı Rixard Vaqnerin Bayrotda keçirilən illik musiqi festivalı zamanı yağışda islanmalı olub.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, siyasətçinin əri Yoahim Zauer güclü yağış yağmasına baxmayaraq, çətirini onunla bölüşməyib.

"İstər [Bavariyanın baş naziri] Markus Söder, istərsə də Merkelin əri Yoahim Zauer olsun, əllərində çətirlər var idi, ancaq onları öz üzərlərində tuturdular”, - KİV-də qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru