Nyu-Yorkun məşhur küçəsində kran alovlanaraq yolun ortasına aşdı: Qonşu binalar boşaldılır - FOTO/VİDEO

27-07-2023, 13:04           
Nyu-Yorkun məşhur küçəsində kran alovlanaraq yolun ortasına aşdı: Qonşu binalar boşaldılır - FOTO/VİDEO
ABŞ-nin Nyu-York şəhərinin mərkəzi məşhur Manhetten küçəsində tikinti kranı alovlanıb.

Nəticədə kran aşıb və zərbədən yaxınlıqdakı şüşə göydələnə ziyan dəyib.

Şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşıblar.

Videoda alovlanan texnikanın aşdığı və digər göydələnin divarına necə dəydiyi, daha sonra isə küçənin ortasına düşdüyü əks olunub.

Kranın aşdığı ərazidə olan insanlar qaçaraq canlarını qurtara biliblər. Səlahiyyətlilər ehtiyat tədbiri kimi yaxınlıqdakı binaların təxliyə olunduğunu bildiriblər. Yaxınlıqdakı küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğınsöndürənlər alovun qarşısını almağa çalışsalar da, buna güclə nail olublar.

Hələ yanğın və kranın aşması nəticəsində ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.






Mənbə: İzvestiya, “Lenta dnya” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru